"İki fərqli heyətlə meydana çıxdıq" - "Keşlə"nin baş məşqçisi

"Levadia" ilə oyundan sonra "Keşlə"nin baş məşqçisi Yuri Maksimov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 2:3 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
 
"Bu oyunda iki fərqli heyətlə meydana çıxdıq. Birinci hissədə qol vurduq. İkinci hissədə heyətdə 8 dəyişiklik həyata keçirdik. İyunun 12-də keçiriləcək qarşılaşmaya hazırlığımız davam edir"
 
Sport7.az

Xəbər lenti