İki güləşçimiz mübarizəni dayandırdı

İki güləşçimiz mübarizəni dayandırdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, yeddinci yarış günündə - sentyabrın 20-də sərbəst güləş üzrə 70, 74, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) ilk görüşündə türkiyəli Heydər Yavuza qalib gələrək 1/8 finala yüksəlib. İdmançımız növbəti görüşündə Bəhreyn təmsilçisi Adam Batırova məğlub olub.

Çempionatda 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev Hindistan təmsilçisi Kumar Suşil, türkiyəli Söner Demirtaş və Özbəkistan idmançısı Bekzod Abduraxmanova qalib gələrək dörddəbir finala adlayıb. Güləşçimizin növbəti rəqibi ABŞ təmsilçisi Cordan Barrouz olacaq.

Millimizin üzvü Şamil Zubairov (92 kq) ilk görüşdə Türkiyə idmançısı Süleyman Qaradənizə uduzub.

Digər güləşçimiz Cəmaləddin Məhəmmədov (125 kq) belaruslu Vitali Piaşniak və Almaniya təmsilçisi Nika Matuxinanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Yarımfinala gedən yolda güləşçimiz çinli Jivey Denq ilə qarşılaşacaq.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR