İki klub polislərə, masajçı hərəkətinə görə cəzalandı

İki klub polislərə, masajçı hərəkətinə görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasın Birinci Diviziona həsr olunmuş hissəsində aşağıdakı qərarlar qəbul edilib.
 
18 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VII  turunun "Kəpəz” – "Qarabağ-2” matçında "Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 83-cü dəqiqəsində "Qarabağ-2” komandasının 36 №-li futbolçusu Zamiq Əliyevin təhqiredici ifadələr işlətdiyinə üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 41.1).

18 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VII  turunun "Neftçi-2” – "Zaqatala” matçında xərək daşıyan uşaqların sayının  əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1).
 
18 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VII  turunun "Keşlə-2” – "Ağsu” matçının 56-cı dəqiqəsində "Keşlə-2” komandasının 98 №-li futbolçusu Asif Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
 
19 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VII  turunun MOİK – "Sabah-2” matçında MOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).
Polisin oyun öncəsi iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 62.1).
 
19 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VII  turunun "Sumqayıt-2” – "Turan Tovuz” matçında "Sumqayıt-2” klubunun 4,  "Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 55-ci dəqiqəsində "Sumqayıt-2” klubunun 15 №-li futbolçusu Nahid Zülfüqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 78-ci dəqiqəsində "Turan Tovuz” klubunun masajçısı Aydın Yusifov ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 61).
Polisin oyun öncəsi iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 62.1).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR