İki klub RƏSMƏN Azərbaycan çempionatından imtina etdi

İki klub RƏSMƏN Azərbaycan çempionatından imtina etdi

Peşəkar Futbol Liqası birinci divizionda yeni mövsümün başlanacağı tarixi açıqlayıb.

Sport7.az xəbər verir ki, divizionda mübarizə oktyabrın 1-dən başlayacaq.

Bu dəfə yarışa 10 komanda qoşulacaq. Bunlardan beşi Premyer Liqada mübarizə aparan klubların əvəzediciləridi. Qalan 5 komanda isə MOİK, "Qaradağ Lökbatan”, "Turan Tovuz”, "Zaqatala” və "Kəpəz”dir.

"Qəbələ”nin əvəzediciləri ilk gündən birinci diviziona qatılmaqdan imtina etmişdilərsə, "Zirə-2” və "Səbail-2”nin yarış iştirakçıları arasında olmaması yenilikdi. Bu həm də o deməkdi ki, yeni mövsümdən bu iki elita təmsilçisinin əvəzedici komandası fəaliyyət göstərməyəcək.

Xatırladaq ki, hələ bir müddət əvvəl bununla bağlı məlumatlar paylaşıb, "Zirə-2” və "Səbail-2” komandalarının dağıldığını yazmışdıq. PFL-in elan etdiyi siyahıdı bu komandaların adının olmaması həmin məlumatların rəsmiləşməsi deməkdir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR