İkinci dubl və Türkiyədəki bombardir

İkinci dubl və Türkiyədəki bombardir

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə” hazırlıq çərçivəsində ikinci yoxlama oyununda Rumıniyanın "Sepsi” klubuna 2:0 hesabı ilə qalib gəlib.
 
Sport7.az xəbər verir ki, bu, "qartallar”ın qonşu ölkədəki beynəlxalq sınaq matçlarında 12-ci qələbəsi olub. 28-ci belə görüşünə çıxan komandanın hesabında 5 heç-heçə və 11 məğlubiyyət də var. 38 qol vuran "Zirə” 28 top buraxıb.

"Sepsi” ilə matçda hər iki qola Riçard Qadze imza atıb. Bununla da qanalı hücumçu "Zirə”nin beynəlxalq yoxlama görüşlərindəki vahid bombardiri olub. 2017-ci ilin yayında "Kolumbe Sportive” (Kamerun) üzərindəki 8:0 hesablı qələbəyə də dublla töhfə verən forvard ümumilikdə 4 dəfə fərqlənib.

Qadze Türkiyədə xarici klublarla matçlarda hərəyə iki qol vuran Aleksandr Dedov, Kervens Belfort, Luiz Alberto Diez, Mirsahib Abbasov, Orxan Əliyev, Şefik Tiqrudja, Təmkin Xəlilzadə və Vüsal İsgəndərlini arxada qoyub. Digər 18 qola "qartallar”ın hərəyə 1 dəfə fərqlənən 17 futbolçusu və öz qapısını nişan alan rəqib vurub.

Riçard "Zirə”nin Türkiyə toplanışlarında beynəlxalq matçda 3-cü dublunu rəsmiləşdirib. Bunlardan ikisi qanalının hesabındadır. Bir matçda iki qol vuran digər oyunçu Belfortdur ki, o da "Kolumbe Sportive”nin qapısına yol tapıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR