İkinci yerdə gedən komandanın baş məşqçisi qovuldu - nəticələrə görə

İkinci yerdə gedən komandanın baş məşqçisi qovuldu - nəticələrə görə

Şotlandiya klubu "Seltik"in baş məşqçisi Nil Lennon istefaya göndərilib.

Sport7.az xəbər verir ki, bu haqda Qlazqo təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 50 yaşlı mütəxəssis komandanın nəticələrinin qənaətbəxş olmadığı üçün vəzifəsindən azad edilib.

Onun yerinə köməkçisi Con Kennedi vəzifəsinə təyin olunub. 

"Seltik" Şotlandiya çempionatında 30 turdan sonra 64 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Reyncers"dən 18 xal geridədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR