İkiqat Avropa çempionunun ÖLÜM ANI - VİDEO

İkiqat Avropa çempionunun ÖLÜM ANI - VİDEO
Xəbər verdiyimiz kimi, Rusiyanın 20 yaşlı Avropa çempionu Yuri Vlasko Baykal sahilində başından aldığı ağır zərbədən sonra həlak olub.
 
Sport7.az xəbər verir ki, 20 yaşlı Avropa çempionunun öldürüldüyü anın videosu yayılıb.
 
Çempiona başından ağır zərbələr endirilib. O, əvvəlcə müqavimət göstərməyə çalışsa da, sonradan hərəkətsiz qalıb.
 
 

Qeyd edək ki, hadisə 29 iyulda baş verib. 
 
Xatırladaq ki, 20 yaşlı idmançı 90 kq çəki dərəcəsində yarışıb, dəfələrlə beynəlxalq yarışların qalibi olub. Avropa Çempionatında 2 dəfə qələbə qazanıb. 
 
Sport7.az

Xəbər lenti