İkiqat olimpiya çempionu məşqçisini zorlamada ittiham edib

İkiqat olimpiya çempionu məşqçisini zorlamada ittiham edib

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Sim Sok Hi məşqçisi Ço Çje Bomu davamlı şəkildə zorlamada ittiham edib.
 
Sport7.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
 
Xəbərə görə, Cənubi Koreyadan olan 21 yaşlı idmançı 4 ildir məşqçisi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Olimpiya çempionunun vəkili baş verənlərin dəhşətli cinayət olduğunu söyləyib.

Qeyd edək ki, Sim Sok Hi 2014-cü il Soçi və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR