İlham Əliyev iki federasiyaya rəhbərlik edən prezidentə vəzifə verdi

İlham Əliyev iki federasiyaya rəhbərlik edən prezidentə vəzifə verdi

Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovu Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Sport7.az xəbər verir ki, dövlət başçısı başqa bir sərəncamla Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin edib.
 
Mikayıl Cabbarov həm də Azərbaycan Qılıncoynatma Federasiyasının və Azərbaycan Badminton Federasiyasının prezidentidi. O, 2009-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, 2013-2017-ci illərdə Təhsil naziri, 2017-2019-cu illərdə Vergilər naziri olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR