İlham Əliyevlə görüşmək üçün ağlayan uşaq kimin oğludu? - FOTO-VİDEO

İlham Əliyevlə görüşmək üçün ağlayan uşaq kimin oğludu? - FOTO-VİDEO
Ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu gerçəkləşdirib.

Sosial şəbəkələrdə videosu yayılan, dövlət başçısına görə ağlayan azyaşlı oğlan İlham Əliyevlə görüşüb. İnternetdə qısa zamanda hər kəsin diqqətini çəkən azyaşlı sonda arzusuna çatıb.

Qeyd edək ki, 8-10 yaşlarında olan uşaq anasının zarafatla "Əgər İlham Əliyev prezident seçilsə, bu gün evimizə qonaq gələcək" sözlərinə inanıb. Daha sonra İlham Əliyevin yüksək səs faizi topladığını bilən uşaq anasına prezidentin niyə evlərinə gəlmədiyini soruşub.

Azyaşlı anasının dediklərinin zarafat olduğunu anlayanda isə göz yaşlarını saxlaya bilməmişdi.

Sport7.az qol.az-a istinadən xəbər verir ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.
 
Vəli Qasımov unikal.org-a açıqlamasında bildirib ki, övladım Murad ölkə başçısı cənab İlham Əliyevə bağlı olan uşaqdır. O hər zaman ölkə başçısının televizorda izləyir, çıxışlarına diqqətlə qulaq asır. Onun İlham Əliyevə böyük sevgisi var. Bu sevgini də anası videoya çəkərək sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra sözügedən video ölkə başçısının da diqqətini də çəkib.

İlham Əliyevin təşəbbüsü və övladımın ona olan sevgisi dünən onların qovuşmasına gətirib çıxardı:

"Övladım ölkə başçısı, 1-ci vitse-prezident Mehriban xanım və digər ailə üzvləri ilə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində görüşdü. İlham Əliyev və onun ailəsi də Murada öz sevgi və ehtiramların bildirdilər.

Murad İlham Əliyevi qucaqlayıb və onunla selfi çəkdirdi. Bildirib ki, İlham Əliyev siz ölkəmizin ən yaxşı prezidentisiz, sizi çox istəyirəm".

V.Qasımov videonun çəkildiyi vaxtdan da danışıb: 

"Seçki günü uşaq evə  gəldi. Uşaq ağlı ilə prezident niyə gəlmədi deyə ağlamağa başladı. Bundan sonra yoldaşım onu videoya çəkərək "instagram"da yerləşdirdi". 
 






Sport7.az

Xəbər lenti