İlham Zəkiyevin fotoları hava limanına vurulacaq - Londonda

İlham Zəkiyevin fotoları hava limanına vurulacaq - Londonda
Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin fotoları əks olunan posterlər İngiltərənin paytaxtı Londondakı "Heathrow" hava limanına vurulacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli açıqlama verib. O bildirib ki, posterlər hava limanında martın 9-dan nümayiş etdirilməyə başlayacaq.

Qeyd edək ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İlham Zəkiyev həm də 2 qat dünya, 6 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibidir. (Report.az)
 
Sport7.az

Xəbər lenti