Çilili futbolçu:

Çilili futbolçu: "Qəbələ" mənə yeni müqavilə təklif etməyib"

"Qəbələ"nin futbolçusu Rodriqo Qattas komandada qalmaq istəyir. 

Bu barədə "Report"a 28 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. Çilili legioner əyalət təmsilçisinin hələ ki, ona yeni müqavilə təklif etmədiyini bildirib. 

Qattas "Qəbələ" ilə danışıqlar aparanadək karyerası ilə bağlı qərar vermək istəmədiyini sözlərinə əlavə edib. 

"Qəbələ"nin baş meneceri Zaur Əzizov məsələ ilə bağlı "Report"a açıqlamasında bunu deyib: "Rodriqo Qattasın müqaviləsi başa çatır, lakin klubun sözləşməni uzatmaq hüququ var. Sadəcə bir qədər qeyri-müəyyənlik olduğu üçün bu hüquqdan istifadə edib-etməyəcəyimiz bəlli deyil". 

Qeyd edək ki, Rodriqo Qattas "Qəbələ"yə bu ilin əvvəlində keçib.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR