İlin idmançıları - Messi və Hemilton

İlin idmançıları - Messi və Hemilton

"Laureus" mükafatının sahibləri müəyyənləşib.

"Barselona"nın futbolçusu Lionel Messi və "Formul 1" pilotu, "Mersedes" komandasının üzvü Luis Hemilton mükafatı aralarında bölüşüblər. Onlar 2019-cu ilin ən yaxşı kişi idmançıları seçiliblər.

Messi komanda idman növlərini təmsil edən və "Laureus" mükafatına layiq görülən ilk idmançı kimi tarixə düşüb.

Qeyd edək ki, Leo və Hemiltonla yanaşı, namizədlər sırasında tennisçi Rafael Nadal, qolfçu Tayqer Vuds, marafonçu Eliud Kipçoqe və motosiklet yarışçısı Mark Markesin adları var idi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR