İlin son oyunları üçün təyinatlar açıqlanıb

İlin son oyunları üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasında XIV turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 

Sport7.az xəbər verir ki, ilin son turunun açılış matçı hesab olunan "Qarabağ” - "Keşlə” dueli Kamal Umudluya tapşırılıb. 

Turun bağlanış qarşılaşmasında üz-üzə gələcək "Sabah” və "Neftçi” komandalarının matçını Rauf Cabbarov idarə edəcək.  

6 dekabr
"Qarabağ” – "Keşlə”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00 ("CBC Sport”/canlı)

8 dekabr
"Zirə” – "Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 15:00 (Pfl.az/canlı)

"Sumqayıt” – "Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Kapital Bank Arena”, 15:00 ("CBC Sport”/canlı)

"Sabah” – "Neftçi”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bank Respublika Arena”, 17:00 ("CBC Sport”/canlı)


Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR