İlin transferi - Useyn Bolt!

İlin transferi - Useyn Bolt!
Yamaykalı əfsanəvi atlet Useyin Bolt ötən il Dünya Atletizm Çempionatından sonra karyerasını bitirmişdi.
 
Sport7.az xəbər verir ki, qaçdığı son turnir olan 4x100 metr bayraq yarışında zədə səbəbindən sonadək davam gətirməyən və atletizmlə xoşagəlməz şəkildə vidalaşan Bolt "Daily Ekpress"ə diqqətçəkən açıqlama verib.
 
Vaxtilə "Mançester Yunayted"də futbol oynamaq istədiyini tez-tez dilə gətieən yamaykalı, martda Dortmund "Borussiya"sı ilə məşqlərə çıxacağını açıqlayaraq gündəm yaradıb. 
 
31 yaşlı idmançı "Borussiya" yetrincə yaxşı olduğuma qərar verərsə, "Mançester Yunayted" xəyalımı gerçəkləşdirmək üçün çox ciddi çalışacam" sözlərini söyləyib.
 
Sport7.az

Xəbər lenti