"İlk hissədə çox ağır görünürdük" - Samir Abasov

"Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov "Keşlə” ilə yoxlama oyunundan sonra "Neftçi TV”yə müsahibə verib

Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Qələbə ruh yüksəkliyi üçün əladır. Qalib gəlmək istəyirdik, amma önəmli olan bu deyil, oyunda görmək istədiklərimiz idi. Açığı, komanda olaraq ilk hissədə çox ağır görünürdük. Kənardan başqa cür görünə bilər, amma biz bunun səbəbini anlayırıq. Məsələn, bu oyunadək iki gün ardıcıl iki məşq etmişdik. Yorğunluq var idi, amma bu normaldır. Artıq fasilədən sonra futbolçularımız daha dinamik, daha hərəkətli oynamağa başladılar. Bundan əvvəlki oyunla müqayisədə bu gün sevindirici məqamlar daha çox idi. Belə də davam edəcəyik”.

"Neftçi-2”dən cəlb olunmuş gənc futbolçulara güvəndiyini bildirən baş məşqçi komandanın "Səbail”lə oyunadək tam hazır olmayacağını bildirib: "Buraxdığımız qolları, səhvləri analiz edəcəyik. Söhbət fərdi olaraq futbolçulardan getmir, amma bunlar da önəmlidir. Məsələn, Ömərin səhvindən qol buraxdıq, özü də səhvini başa düşdü. Elə səhvlər var ki, tez aradan qaldırmalıyıq. "Neftçi-2”dən cəlb olunmuş gənclərin hər birinə güvənirik. Əks halda, bizimlə məşq etməzdilər. "Kəpəz”lə oyun futbolçuların hərəkətdə olması baxımından əhəmiyyətli idisə, bu günkü matç çempionata hazırlıq məqsədi daşıyırdı. Bir həftədən sonra rəsmi oyunumuz var. Heyəti də buna uyğun qurmuşduq. Gəncləri isə sonradan meydana daxil etdik. "Səbail”lə oyunadək 100 fazi hazır olmayacağıq, amma bu bizi qorxutmur. Çünki əlimizdə olan bu cür keyfiyyətli futbolçuların bunun öhdəsindən gələ biləcəklərinə inanıram”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR