"İlk hissədə daha çox qol vurmaq şansımız oldu" - Çexiya yığmasının çalışdırıcısı

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Xomutov şəhərində baş tutan Çexiya – Azərbaycan oyunundan sonra rəqib baş məşqçi Karel Rada fikirlərini səsləndirib.
 
Sport7.az xəbər verir ki, çex mütəxəssis qazandıqlar 3:0 hesablı qələbəni belə dəyərləndirib: "Əlbəttə, bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. İlk hissədə daha çox qol vurmaq şansımız oldu. Fasilədən sonra da bir neçə  imkan yaratdıq. Oyun ərzində gərəksiz səhvlər etdik. Daha sakit olmalı və yaratdığımız imkanlardan maksimum istifadə etməli idik".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR