"İlk iki yerdən birini tutmalıyıq" - Yığmamızın kapitanı

"Hamısı tanış rəqiblərdi. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də, Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm".
 
Sport7.az xəbər verir ki, bu sözlər futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyevə məxsusdu.

Dünən DÇ-2020-nin elit-raund mərhələsinin püşkü atılıb. Gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında millimiz Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək.

Fərzəliyev Azərbayca Futzal Federasiyasının rəsmi saytına açıqlamasında münasib qrupa düşdüklərini bildirib: "Qrupumuzu bir qədər əlverişli adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı ilk iki yerdən birini tutmalıdı. Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzdün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidi”.

Kapitan qrupdakı komandaların hamısının bir-birini yaxşı tanıdığını vurğulayıb: "Düzdü, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan vəziyyət bərabərdi”.

Şanslar haqda da danışan Fərzəliyev Rusiya millisinə xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib: "Hazırkı məqamda bütün komandaların şansı bərabərdi. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb. Xorvatiiya ilə isə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar ev sahibliyi edirdilər. Heç-heçə etsək də biz qrupun qalibi olduq və pley-off-da Hollandiya ilə qarşılaşdıq, Kolumbiyaya vizanı əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdu, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq əla olar. Ən pis halda pley-off-larda oynamaqla bu vəsiqəni qazanmalıyıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR