İlqar Nadiri U-17 ilə görüşüb (FOTOLAR)

İlqar Nadiri U-17 ilə görüşüb (FOTOLAR)

"Kəpəz”in icraçı direktoru İlqar Nadiri klubun 17 yaşlılardan ibarət komandasını qəbul edib.
 
Sport7.az xəbər verir ki, fəaliyyəti 1 illik fasilədən sonra bərpa olunan kollektiv haqda xoş sözlər söyləyən Nadiri bunun səbəbsiz olmadığını bildirərək turnir cədvəlini işarə edib. Klub rəsmisi yeni yaradılmasına və qısa müddətdə formalaşdırılmasına baxmayaraq komandanın çempionatda 14 kollektiv arasında 8-ci olmasını qənaətbəxş qiymətləndirib.Ev oyunlarını izlədiyini vurğulayan İlqar Nadiri qarşıdakı matçlarda futbolçulara uğurlar arzulayıb. O, 17 yaşlı 3 oyunçunun klubun əsas komandasının məşqlərinə cəlb edilməsinin digərləri üçün də stimul olacağını deyib.

Müsbət fikirlərə və dəstəyə görə komanda adından minnətdarlığını bildirən baş məşqçi İlham Səmədov etimadı lazımınca doğrultmağa çalışacaqlarına söz verib.

"Kəpəz”in U-17 komandası çempionatda geridə qalan ilk 5 turda 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə 8 xal toplayıb. Komandanı 3-cü yerdə qərarlaşan rəqibindən cəmi 4 xal ayırır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR