"İmarət" adından Qurban müəllimə heç bir irad olmayıb" - Əsədov

"Azarkeşlərin hər birinə hörmət edirəm. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra deyib. Azarkeşlərin ona bu tərzdə etiraz etməsindən narazı qalan Qurban bəy matçın sonunda onlara yaxınlaşaraq iradlarını deyib. Bəs həmin azarkeşlər kim olub? Deyilənə görə həmin insanların ümumiyyətlə azarkeş kimi "Qarabağ"la bağlı əlaqəsi olmayıb. Çünki "Qarabağ"ın fanatları belə addım atmaz.

Sualımıza cavab tapmaq üçün "İmarət"in idarə heyətinin üzvü Elvin Əsədovla danışdıq. Əsədov Sport7.az-a açıqlamasında bunları söylədi.

"Xeyr, bizim azarkeşlərlə Qurban Qurbanov arasında belə söhbət olmayıb. Həmişə Qurban müəllimə hörmətlə yanaşıb, ona inanmışıq. "İmarət" adından heç bir irad olmayıb. Olsa kiçik replika filan olar. Bəlkə də fərdi şəkildə kiminsə xoşuna nəsə gəlməyib. Məsələn Dino Ndlovunun klubdan getməsi mənim xoşuma gəlmədi"

Xəbər lenti