"İmkan vermədik ki, rəqib çox qol vəziyyəti yaratsın" - Unay Emeri

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la qarşılaşmadan sonra "Vilyareal"ın baş məşqçisi Unay Emeri fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Birinci hissədə "Qarabağ" çətinlik yaratdı. Baxımlı oyun izlədik. İmkan vermədik ki, rəqib çox qol vəziyyəti yaratsın. Amma istədiyimiz kimi oynaya bilmirdik. Vurulan qol bizi ayıltdı.  Sanki 80 dəqiqə etmədiyimizi son 10 dəqiqədə etdik.
 
Bakıda "Qarabağ"la qarşılaşdığımız oyunu xatırlayıram. "Arsenal"la oyun idi. Oxşar oyunlar oldu. "Qarabağ"ın maraqlı oyun üslübu var. Buraxdığımız qoldan sonra sakitliyimizi qoruya bildik.
 
Penalti epizoduna gəlincə isə, deyə bilərəm ki, oyunun nəticəsinə təsir edən qol olmadı. Hər şey həll olunmuşdu. VAR sistemiylə bunu daha dəqiq demək mümkün olardı. Futbolçunun əli yuxarı qalxmışdı.
 
Qrupda 1-ci olmaq üçün bu gün qələbə qazanmaq vacib idi. Qarşıda hələ oyunlar var. "Qarabağ"ın hələ şansı var qrupdan çıxmaq üçün".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR