İnanılmaz hakim səhvi - təmiz qolu saymadı - VİDEO

İnanılmaz hakim səhvi - təmiz qolu saymadı - VİDEO
Şotlandiya Çempionatında maraqlı olay baş verib.

Sport7.az xəbər verir ki, "Partik Tistl" - "Qrinok Morton Klaş" matçında hakimlər "təmiz" qolu qeydə almayıb. 

Məsələ burasındadı ki, Şotlandiya çempionşipində baş tutan matçda meydan sahiblərinin hücumçusu Kris Doolans sol ayağı ilə qaydalar çərçivəsində baxımlı qola imza atıb. Komanda vurulan qoldan sonra sevinsə də az sonra hakimlərdən gələn qərar onları üzüb. Belə ki, yan xətt hakimi topun xətti keçmədiyini əsas gətirərək bütün stadionun gördüyü "təmiz" qolu saymayıb. Matçın baş hakimi Barri Kuk da həmkarının sözü ilə "Patrik Tistl"ın əlehinə qərar çıxarmalı olub.
 
 
Sport7.az

Xəbər lenti