Çində Messinin adına park salınacaq

Çində Messinin adına park salınacaq
Çinin əsas şəhərlərindən olan Nanjinqdə Messinin adına "Tema Park" inşa ediləcək. 

Sport7.az xəbər verir ki, ümumilikdə 80 min kvatratmetr sahəni əhatə edəcək "Messi Eksperince Park" 170 milyon avroya başa gələcək. 2020-ci ildə istifadəyə veriləcək parka 2023-cü ildən etibarən ildə 4-5 milyon insanı qəbul etməsi hədəflənib. 

Layihə argentinalı ulduzun markasının satışı ilə məşğul olan LMM şirkəti (Leo Messi Managment), "Mediapro" və Çindən "Phoenix U-Art"ın birgə əməkdaşlığı ilə icra olunacaq. 

Bu haqda "Mediapro"nun rəhbəri David Xirau açıqlama verib. O şirkətin sürətlə böyüdüyünü və Nanjinqin futbol mərkəzi olduğunu dilə gətirərək, çox sayda insanın gələcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə oxşar layihələrin başqa ölkələrdə də həyata keçirilməsinin planlaşdırdığını bildirib.

Sport7.az

Xəbər lenti