"İndi ancaq 1/4 finala yüksəlmək barədə düşünürük" - Hans-Diter Flik

"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik "Çelsi" matçı (3:0) ilə bağlı fikirlərini bölüşüb:

"Müller bu gün meydanda nəyə ehtiyacımız var idisə, onu da etdi. O, zonalardan yaxşı istifadə etdi və xətlərarasına düzgün ötürmələr verərək rəqibin işini çətinləşdirdi.

Bütün komanda tam konsentrasiya ilə oynadı və biz buna görə çox xoşbəxtik. Levandovskiyə gəlincə, onun Çempionlar Liqasının pley-offunda qol vurmaq bacarığına dair heç vaxt şübhəm olmayıb.

İndi ancaq 1/4 finala yüksəlmək barədə düşünürük. Nələrin baş verəcəyini sonra görəcəyik. Addım-addım irəliləmək lazımdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR