"İndi oynasaydım qiymətim..." - Françesko Totti

Futbol həyatını bütünlüklə "Roma"ya həsr edən və ötən ilin mayında butslarını mıxdan asan Françesko Totti, karyerası və futbolun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, ünlü ispan nəşri "AS" "Roma"nın əfsanəsinin 2004-cü ildə "Real"dan ciddi təklif aldığını və bunu rədd etdiyini açıqlayıb. Çempionluqlardansa yalnız bir komandada forma geyməyi və "Roma"nı hər şeydən üstün tutduğunu bildirən futbolçu hazırkı transfer qiymətləri ilə bağlı da fikrini deyib.
 
Totti, "Mənə elə gəlir ki, indi oynasaydım, qiymətim 200 milyon avro olardı" ifadələrini işlədib.

Xəbər lenti