İndian Uells: Raoniç və Tim yarımfinalda

İndian Uells: Raoniç və Tim yarımfinalda
İndian Uellsdə keçirilən turnirdə kişi tennisçilərin mübarizəsində ilk iki yarımfinalçının kimliyinə aydınlıq gəlib.

Miloş Raoniç Miomir Keçmanoviçlə qarşılaşıb. Hər setdə bir breyk edən və öz qeymlərində xal verməyən kanadalı raketka ustası çətinlik çəkmədən adını son 4 tennisçi sırasına yazdıra bilib. Onun yarımfinaldakı rəqibi Dominik Tim olacaq. Avstriyalı tennisçi Qael Monfisin zədə səbəbindən matça çıxmaqdan imtina etməsi nəticəsində oynamadan yarımfinala yüksəlib.


BNP Paribas Open (Masters 1000)

İndian Uells, ABŞ

1/4 final

Miloş Raoniç (Kanada) - Miomir Keçmanoviç (Serbiya) - 2:0 (6:3, 6:4)


Digər 1/4 final görüşlərində Rafael Nadal Karen Xaçanovla, Rocer Federer isə Hubert Hurkaçla üz-üzə gələcək.

Sport7.az

Xəbər lenti