İngilis futbolçu faciəvi şəkildə öldü

İngilis futbolçu faciəvi şəkildə öldü

İngiltərə klubu "Notingem Forest"in sabiq futbolçusu Derrik Otim faciəvi şəkildə dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb. Bu haqda klubun rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib. 

Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.

Son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR