İngilis futbolçu “Ginnesin Rekordlar Kitabı”na düşdü

İngilis futbolçu “Ginnesin Rekordlar Kitabı”na düşdü
İngiltərə yığmasının sabiq hücumçusu Piter Krauçun adı "Ginnesin Rekordlar Kitabı”na düşüb.

Sport7.az
xəbər verir ki, bu uğuru "Stok Siti”nin futbolçusuna başla vurduğu qolların sayı gətirib.
 
Təcrübəli futbolçu İngiltərə Premyer Liqasında başla 36 qol vurub.
 
Krauçun ən yaxın izləyicisi "Arsenal”ın üzvü Olivye Jirudu. Fransalı futbolçu İngiltərə çempionatında başla 28 qola imza atıb.
 
Qeyd edək ki, 2005-2010-cu illərdə İngiltərə yığmasında oynamış Piter Krauç "Stok Siti”dən əvvəl "Tottenhem”, "Kuinz Park Reyncers”, "Portsmut”, "Aston Villa”, "Norviç Siti”, "Sauthempton”, "Liverpul” və "Portsmut” klublarının formasını geyinib. 

Sport7.az

Xəbər lenti