İngilis klubunun məşqçisi koronavirusa yoluxdu

İngilis klubunun məşqçisi koronavirusa yoluxdu

İngiltərə Premyer Liqasının iştirakçısı "Börnli"nin məşqçisi Yan Voan koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Məşqçilər heyəti və futbolçular COVID-19 testindən ötən həftəsonu keçsələr də Voanın xəstəliyinin simptom göstərmədiyi bildirilir. Baş məşqçi Şon Dayçın köməkçisi 7 günlük karantinə göndərilib. Lakin o, klub əməkdaşları ilə əlaqə saxlaya biləcək.

"Börnli" Premyer Liqada 29 oyundan 39 xalla 10-cu pillədə yer alıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR