İngilis mətbuatı: "Fellaini "Beşiktaş"la anlaşıb"

İngilis mətbuatı:
İngiltərə mətbuatı "Mançester Yunayted"in əsas heyət üzvlərindən olan belçikalı Maruan Fellaininin artıq "Beşiktaş"la anlaşdığını yazıb.
 
Sport7.az xəbər verir ki, ingilis mətbuatında "Gedişi "Mançester Yunayted"də böyük boşluq yaradacaq. Maurinyo onun alternativini tapmalıdı. "Qırmızı Şeytanlar" üçün çox ümidsiz bir durumdu" şərhi yazılıb. 
 
"the4thofficial.com"da yer alan xəbərdə fellaninin Türkiyəyə gəlməkdən vaz keçirməyin "Mançester Yunayted" üçün artıq mümkünsüz olduğu yazılıb. 
 
Bu mövsüm Premyer Liqada 12 görüşdə meydana çıxan belçikalı 3 qol vurmağı bacarmışdı. Çempionlar Liqasında isə 2 dəfə meydana çıxan futbolçu 1 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb. Halbuki Mourinyo mətbuata açıqlamasında Fellaini haqda danışarkən "Məni almaları, Fellainini transfer etmələrindən daha böyük ehtimaldı" sözlərini işlətmişdi. 
 
Buna rəğmən klub rəhbərliyi ilə 3 dəfə masa arxasına keçən təcrübəli oyunçu heç bir müqaviləyə imza atmayıb.

Xəbər lenti