İngiltərə klubu koronavirusa görə bazasını bağladı

İngiltərə klubu koronavirusa görə bazasını bağladı

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl" klubu məşq bazasını bağlayıb.

Sport7.az xəbər verir ki, buna əsas komandada bəzi şəxslərin koronavirusa yoluxması səbəb olub. Klubun üç futbolçusunda və bir işçisində testin nəticəsi müsbət çıxıb.

"Nyukasl" məşqlərin nə vaxt bərpa ediləcəyini açıqlamayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR