İngiltərə klubunda yeni baş məşqçi

İngiltərə klubunda yeni baş məşqçi
İngiltərənin "Sautgempton” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən Mark Hyuzu Ralf Hasenhüttl əvəz edib. 

51 yaşlı avstriyalı mütəxəssis vəzifəsinin icrasına dekabrın 6-da başlayacaq. R.Hasenhüttlün son iş yeri bu ilin mayında tərk etdiyi Almaniyanın "Leyptsiq” klubu olub.

Qeyd edək ki, "Sautgempton” 14 turdan sonra 9 xalla düşmə zonasında – 18-ci pillədə qərarlaşıb. Komanda bu gün növbəti tur çərçivəsində "Tottenhem”in qonağı olacaq.
 
Sport7.az

Xəbər lenti