İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu

İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu

İngiltərənin daha bir klubunda koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.

Sport7.az xəbər verir ki, bu barədə "Sky Sports” məlumat yayıb. 

Xəbərə görə, "Brayton” klubunun baş direktoru Pol Barber komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu açıqlayıb.

Klub rəsmisinin sözlərinə görə, "Üç futbolçunu koronavirus testindən keçirdik. Onlardan birinin testinin nəticəsi müsbət oldu. Biz müntəzəm tibbi yoxlama keçirmirik. Oyunçuları və personalı yalnız əlamətlərin yaranması zamanı yoxlayırıq. Virusa yoluxmuş oyunçu bütün lazımlı köməyi alır".

Qeyd edək ki, daha əvvəl İngiltərənin 5 futbolçusunda koronavirus aşkarlanıb. Bunlar "Çelsi”, "Portsmut” və "Vest Bromviç” klublarının oyunçularıdır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR