İngiltərə millisində Sautqeyt qərarı

İngiltərə millisində Sautqeyt qərarı
İngiltərə Futbol Federasiyası Qaret Sautqeytlə bağlı qərar verib.
 
Sport7.azxəbər verir ki, federasiya başbilənlər baş məşqçiylə müqaviləni 2022-ci ilə qədər uzatmağa hazırlaşır.
 
Bunun üçün yeganə şərt çalışdırıcının milliyə 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırmasıdı.
 
Qeyd edək ki, İngiltərə millisi Sautqeytin rəhbərliyi altında dünya çempionatının ¼ final mərhələsinə qədər yüksəlib. Bu mərhələdə onların rəqibi İsveçdir.
 
Sport7.az

 

Xəbər lenti