İngiltərə millisinin üzvü məhkəmədə mühakimə olunacaq

İngiltərə millisinin üzvü məhkəmədə mühakimə olunacaq

İngiltərə millisinin və "Aston Villa"nın futbolçusu Cek Qriliş məhkəmə qarşısına çıxacaq.

Sport7.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə 4 dəfə yol hərəkət qaydalarını pozub. İngiltərə qanunlarına görə, bir ildə dörd dəfə qaydaları pozan sürücü mühakimə olunmalıdır.

Qrilişin məhkəmə iclası noyabrın 24-də olacaq. Onun böyük məbləğdə cərimə ilə üzləşəcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR