İngiltərədə hakimi yerə yıxıb əzişdirdilər - VİDEO

İngiltərədə hakimi yerə yıxıb əzişdirdilər - VİDEO
İngiltərədə həvəskarlar arasında oyunu idarə edən hakim meydana çıxmağına peşiman olub.
 
Sport7.az xəbər verir ki, həvəskar komandanın futbolçuları və azarkeşlər fit sahibini döyüb. Bu hadisə Londonda Türkiyə ictimaiyyəti Futbol Federasiyasının təşkil etdiyi çempionatın final oyununda baş verib. 

Oyun yekunlaşandan sonra oyunçular və fanatlar hakimin üzərinə hücum edib. Hakim qaçmaq istəsə də, futbolçulardan biri onu yerə yıxıb. Daha sonra isə zərərçəkmişi mühasirəyə alaraq döyüblər.

Hüquq mühafizə orqanları gələnədək təcavüzkarlar hadisə yerindən qaçıblar. Polis və London Futbol Assosiyası hadisəni araşdırır. 
 
 
Sport7.az

Xəbər lenti