İngiltərədə ŞOK iddia: Rus casusları...

İngiltərədə ŞOK iddia: Rus casusları...
DÇ-nin seçmə mərhələsini məğlubiyyətsiz tamamlayan və Rusiyada baş tutacaq final mərhələsinə vəsiqə əldə edən İngiltərədə, Rusiyanın casusluq fəaliyyətləri ilə komanda bilgilərini əldə edəcəyi iddiasıl ortaya atılıb.

Sport7.az xəbər verir ki, bu haqda ünlü nəşrlərdən olan "Deyli Star" məlumat yayıb. Xəbərə görə DÇ-yə qatılma haqqı qazanan İngiltərənin komanda bilgiləri rus casuslar tərəfindən oğurlana bilər və bu üzdən ölkə rəhbərliyi Rusiyaya xüsusi müşahidə qrupu göndərmək qərarı verib.

Rusiyanın İngiltərədəki səfirliyi isə bu iddiaya dərhal cavab verib və "Bir futbolç komandası göndərsəz daha yaxşı olar" deyib. 

Rusiya ilə əlaqədar son casusluq iddiası Amerikadakı seçimlərdə ortaya çıxmış və rusların Donald Trampın qazandığı seçimləri casusluq fəaliyyətləri ilə manipulyasiya etdiyi iddia olunmuşdu.

Sport7.az

Xəbər lenti