İngiltərədə stadiona vertolyot endi

İngiltərədə stadiona vertolyot endi
İngiltərə dördüncü divizionunda "Çesterfild" - "Linkoln Siti" qarşılaşması zamanı maraqlı hadisə yaşanıb.
 
Sport7.az xəbər verir ki, azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib. Azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb.

Matçda 30 dəqiqə fasilə yaranıb. Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər.
 
Britaniya mətbuatının yazdığına görə azarkeşin vəziyyəti yaxşıdı və heç bir həyati təhlükəsi yoxdu.
 
Sport7.az

Xəbər lenti