"İnstat" Emilin göstəricilərini açıqladı

"Tobol" Qazaxıstan Premyer Liqasının XV turunda doğma arenasında "Okjetpes" üzərində 2:0 hesablı qələbə qazanıb. 

Sport7.az xəbər verir ki, oyundan sonra "İnstat" şirkəti matçın statistik göstəricilərini açıqlayıb. 

"Tobol"un qapıçısı Emil Balayev reytinqdə ikinci sırada qərarlaşıb. Qolkiper qapıya 4 zərbə dəf edib və 23 dəqiq ötürmə verib. 

Qeyd edək ki, "Tobol" 35 xalla turnir cədvəlində 2-ci sırada qərarlaşıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR