"İnter" 17 yaşlı futbolçu transfer etdi

"İnter" yeni mövsümün ilk transferini reallaşdırıb.
 
Sport7.az xəbər verir ki, klub "Soşo"nun yarımmüdafiəçisi Lüsyen Aqume ilə güclənib.

17 yaşlı hücumameyilli oyunçu ilə "Mançester Siti" və "Barselona" da maraqlanırdı. Lakin italyanlar göstərdikləri səy nəticəsində, Fransanın U-17 yığmasının üzvünü heyətinə qatmağı bacarıb. Bu transfer kluba 6 milyon avroya başa gəlib.

Aqume ötən ildən "Soşo"nun əsas komandasında çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR