"İnter" axtardığını elə İtaliyada tapıb

"İnter" heyətini yeni futbolçu ilə gücləndirməyə çalışır.
 
Sport7.az xəbər verir ki, Milan təmsilçisi "Parma"da çıxış edən Jervinyonu heyətinə qatmağı planlaşdırır. Bu haqda İtaliya mətbuatı yazıb. Klub əsas hücumçular - Lautaro Martines və Romelu Lukakuya əvəzləyici axtarır.

Baş məşqçi Antonio Konte 33 yaşlı kotdivuarlı forvardı isyəyib. Afrikalı oyunçunun qış transfer dönəmində "İnter"ə keçəcəyi gözlənilir.

Jervinyo daha əvvəl "Roma"da çıxış edib. O, cari mövsüm 4 oyunda meydanda olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR