"İnter" "Bakı"ya, "Neftçi" "Qəbələ"yə qarşı YENİLƏNİR

Bu gün Azərbaycan PremyerLiqasında XIV tura start veriləcək. Sport7.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
 
Turnir cədvəlinin son pilləsində qərarlaşan "Bakı” öz meydanında "İnter”i qəbul edəcək. Paytaxt derbisinin iştirakçıları yubiley matçına çıxacaq. 40-cı duel öncəsi "İnter”in üstünlüyü diqqət çəkir. Son 11 matçda qələbə qazanmayan "Bakı” ardıcıl 2 görüşdə böyükhesablı məğlubiyyət alıb.
 
"Sumqayıt” səfərdə AZAL-ın qonağı olacaq. Autsayderlər qrupunda qərarlaşan komandalar 14-cü dəfə münasibətlərini aydınlaşdıracaq. Əvvəlki görüşlərdə üstünlüyə malik olan AZAL son 3 oyunu qolsuz tərk etmir. Sumqayıtın eyniadlı təmsilçisi ilə səfərdə rəqibini məğlub edə bilməyib.
 
Turun mərkəzi qarşılaşması paytaxda keçiriləcək. Burada "Neftçi” "Qəbələ” ilə üz-üzə gələcək. Əvvəlki 25 oyunda üstünlük "Neftçi”nin tərəfində olsa da, son iki matçda bakılılar qalib gəlməyib. Amma "ağ-qaralar” son 4 ev matçını qolsuz tərk etməyib. Maraqlıdı ki, Bakıdakı son 4 oyunda 3 qol vurulub, bunların üçündə eyni hesab qeydə alınıb.
 
Tura sabah keçiriləcək "Simurq” – "Qarabağ” matçı ilə yekun vurulacaq. 
 
Premyer Liqa XIV tur
 
29 noyabr (şənbə)
 
"Bakı” – "İnter”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00
 
AZAL – "Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
"AZAL Arena”, 15:00
 
"Neftçi” – "Qəbələ”
Hakimlər:  İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
"Bakcell Arena”, 17:00

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR