"İnter" baş məşqçisi ilə bağlı qərar verib

"İnter” Antinio Konte ilə bağlı qərarını verib.

Sport7.az xəbər verir ki, bir müddət əvvəl ayrılması gündəmdə olan təcrübəli mütəxəssislə bağlı fikirlər tam dəyişib. "Neradzurra” rəhbərliyi onun növbəti bir neçə mövsüm də komandanın sükanı arxasında qalmasını istəyir. Bu səbəbdən ona yeni müqavilə təklif olunub. Tərəflər ortaq məxrəcə gələrsə, maaşı da artırılacaq. "İnter”lə sözləşmə müddəti 2022-ci ilin yayına qədər olan Kontenin növbəti mövsüm məvacibi 13,5 milyon avro təşkil edəcək.

"İnter” hazırda İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR