"İnter" bu futbolçu ilə razılıq əldə etdi

"İnter" "Breşia"nın yarımmüdafiəçisi Sandro Tonali ilə müqavilə bağlamağa yaxındır.

Sport7.az xəbər verir ki, klub italiyalı ilə artıq 5 illik fərdi müqavilənin şərtləri barədə razılığa gəlib. Müqaviləyə əsasən futbolçu ildə 2,5 milyon avro qazanacaq.
 
Tonali bu mövsüm meydana çıxdığı 26 matçda 1 qola, 5 məhsuldar ötürməyə imza atıb. O keçən il İtaliya millisinin heyətində debüt edib və indiyə qədər 3 matçda meydana çıxıb. 
 
"İnter" son iki mövsümü Dortmund "Borussiya"sında icarə əsasında keçirən "Real"ın müdafiəçisi Aşraf Hakimi ilə müqavilə bağlayıb.

"İnter" hazırda turnir cədvəlində 61 xalla 3-cü pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR