"İnter" Eriksenin transferini "Tottenhem"lə razılaşdırdı

"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen karyerasını İtaliyada davam etdirəcək.

Jurnalist Nikolo Skiranın xəbərinə görə, "İnter" 20 milyon avro qarşılığında Eriksenin transferini "Tottenhem"lə razılaşdırıb. Həmçinin bonuslar da nəzərdə tutulub.

"Neradzurrilər" danimarkalı futbolçunu bazar günü, "Kalyari" ilə oyun ərəfəsində ictimaiyyətə təqdim etməyi planlaşdırır. Eriksenin "İnter"lə olan müqaviləsinin 2024-cü ilə kimi nəzərdə tutulacağı və onun yeni iş yerində ilinə 10 milyon avro qazanacağı bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR