"Qəbələ" qələbə qazandı - YENİLƏNDİ

Dünən etibarən futbolsevərlərimizin səbirsizliklə gözlədiyi Azərbaycan premyer-liqasına start verilib.


Sport7.az xəbər verir ki, bu mövsüm də çempionatımız 8 komandanın iştirakı ilə baş tutacaq. 4 dövrəli yarışda mövsüm ərzində hər komanda bir-biri ilə 4 dəfə qarşılaşacaq. Əslində premyer-liqamız haqda fikirlər müxtəlifdi. Düzdü yenə də ötən il olduğu kimi çempionluq uğrunda mübarizəsi böyük ehtimalla "Qarabağ”la "Qəbələ” arasında gedəcəyini proqnozlaşdıranların sayı çoxdu. Buna baxmayaraq yay transfer dönəmində sözügedənlərlə yanaşı digər klublarımız da heyətini müəyyən mənada gücləndirib. "Neftçi”, "Zirə”, "Kəpəz”i də göstərmək olar.

 

"İnter” isə transfer qadağası üzündən heyətini gücləndirə bilməyib. Zaur Svanadzenin komandasının yeni mövsümdə nə ilə yadda qalacağı maraq doğurur. Amma təcrübəsinə güvənən kollektivin həmişəki kimi iddialı olacağı gözlənilir. "Səbail” isə permyer-liqanın debütantı olduğundan avrokuboklar deyil, çempionatda qalmaq uğrunda mübarizə aparacaq. Bu haqda bizə açıqlamasında komandanın baş məşqçisi Samir Əliyev də etiraf etmişdi. Hələ ki, yeni komanda formalaşdırılsa da heyətdə legionerlərin olması "Səbail”in çempionata rəng qatacağını göstərir. "Sumqayıt”dan böyük gözləntilər yoxdu. Sadəcə ötənilki nəticələrini yaxşılaşdırmağa çalışan kluba yeni gənc futbolçular da qoşulub.


 

Beləliklə premyer-liqaya "Neftçi” – "Qarabağ” matçı ilə start verilib. Ümumilikdə ilk tur 3 oyun gününə bölünüb. Bu günün ilk və yeganə matçı isə "Bakcell Arena”da baş tutub. "Neftçi” doğma azarkeşlər önündə "Qarabağ”ı qəbul edib. Bu matç Ağdam təmsilçisinin  3:1 hesablı qələbəsi ilə başa matıb. 

 

Bu gün isə daha bir qarşılaşma baş tutacaq. "İnter" öz meydanında "Qəbələ"ni sınağa çəkəcək. "İnter Arena"da baş tutacaq qarşılaşma 20:00-da start götürəcək. 

 

Tərəflər ölkə çempionatlarında 36 oyunda üz-üzə gəlib. Bunların 14-də "İnter", 9-da isə "Qəbələ" meydanı 3 xalla tərk edib. Qalan 13 oyun heç-heçə nəticələnib. Top fərqi də "İnter"in xeyrinədi - 48-33.

 

"İnter” 15-ci, "Qəbələ” 10-cu qələbənin astanasındadı. Bakılılar son 7 matçda qələbə qazana bilməyib. Bölgə təmsilçisi isə ardıcıl 2 dəfə qalib gəlib.


 


Azərbaycan premyer-liqası

1-ci tur

 

 

12 avqust


 

20.00. "İnter” – "Qəbələ” 1:2

(Elvin Məmmədov, 13, Filip Ozobiç, 24, Pərdis Fərcad-Azad, 70) 

 

"İnter”: 1. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 33. Tərlan Quliyev, 22. Ilkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad 

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 88. Məmməd Quliyev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov, 66. Murad Qayalı, 99. Ricat Qarayev

Baş məşqçi:  Zaur Svanadze

 

"Qəbələ”: 22. Dmitri Bezatosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyv Bultuis, 28. Stiven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 9. Baqali Dabo, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 34. Urfan Abbasov, 45. Famussa Kone, 77. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

 

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı, "İnter Arena” stadionu.


 


 

 

11 avqust


21.00. "Neftçi” – "Qarabağ” 1:3

 

(Mahir Mədətov, 15, 40, Dino Ndlovu, 62, Rahid Əmirquliyev, 90-öz qapısına)


 

Hakimlər:Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi:Eldəniz Musayev
Hakim-inspektor:Məlik Həsənov

 

Bakı, "Bakcell Arena” stadionu.

 


 


 

13 avqust


19.00. "Zirə” – "Səbail”

 

Hakimlər:Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi:Məmmədəli Məmmədov

Hakim-inspektor:Rövşən Əhmədov

Bakı, Zirə İdman Kompleksinin stadionu.


 

21.00 Sumqayıt - Kəpəz

 

Hakimlər:Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi:Elbrus Abbasov

Hakim-inspektor:Xaqani Məmmədov

Sumqayıt, "Kapital Bank Arena” stadionu.


 

Sport7.az

Xəbər lenti