"İnter", "Real" və "Bavariya" öz aralarında turnir keçirəcək

İtaliyanın "İnter", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları xeyriyyə turniri keçirəcəklər. 

Sport7.az xəbər verir ki,bu haqda "İnter"in rəsmi saytında rəsmi məlumat yer alıb. "Avropa Həmrəylik Kuboku - Qəhrəmanlar üçün futbol turniri" adlanacaq yarış 2021-ci ildə olacaq. 

"İnter" "Bavariya"nı, "Real Madrid" "İnter"i, "Bavariya" "Real Madrid"i qəbul edəcək. Bütün matçlardan əldə olunan gəlir Avropaya dəstəyin simvolu olaraq tibb müəssisələrinə bağışlanacaq.

Qarşılaşmaların təqvimi daha sonra müəyyənləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR