"İnter" üçün ciddi itki

İtaliya A Seriyası nəhənglərindən olan "İnter" ciddi itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, Milan klubunun hücumçusu Romelu Lukaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Şaxtyor"la keçirilən oyunda (0:0) zədələnib. Müayinədən keçən futbolçunun sol budundan zədə aldığı bildirilir. Belçikalı ulduzun sağalacağı vaxtla bağlı məlumat verilməyib.

Lukakunun Çempionlar Liqasının növbəti turunda keçiriləcək "Real"la oyunu buraxacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR