"İnter"ə qiymət "oxuyurlar"

"İnter" "Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaqda maraqlıdı.
 
Sport7.az xəbər verir ki, buna baxmayaraq tərəflər futbolçunun qiymətində razılıq əldə edə bilmir. "Gazzetta Dello Sport"un yazdığına görə "İnter" Tonaliyə görə qarşı tərəfə 35 milyon avro təklif edir. Ancaq "Breşiya" rəhbərliyi 50 milyon avro istəyir. 
 
Futbolçunu "Yuventus" da öz heyətində görməkdə maraqlıdı.
 
Tonali bu mövsüm "Breşiya"nın heyətində 25 oyunda 1 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR