"İnter"in baş məşqçisi Antonio Konteyə iki oyunluq cəza verilib.
Sport7.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı yazıb. Buna səbəb 52 yaşlı mütəxəssisin A Seriyasının XIX turunda "Udineze" ilə qolsuz heç-heçə etdikləri matçda hakimlə mübahisəsi olub.
İtaliyalı baş məşqçi 90+1-ci dəqiqədə texniki zonadan uzaqlaşdırılıb, lakin buna baxmayaraq referi ilə mübahisəni davam etdirib. Konte həmçinin 20 min avro məbləğində cərimələnib.
"İnter" çempionatda 41 xalla ikinci pillədə qərarlaşıb.
Sport7.az